ABŞ Çini pandemiya dövründə nüvə sınaqları keçirməkdə ittiham edib

ABŞ hakimiyyəti Çin Xalq Respublikasının dünya birliyi qarşısında üzərinə götürdüyü öhdəliyi pozaraq nüvə sınaqları həyata keçirdiyini iddia edir. Çinin öz nüvə proqramını fəallaşdırması barədə hesabat Dövlət departamenti tərəfindən dərc olunub.
Rubrika.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Qeyd etmək lazımdır ki, kiçik qüvvəli nüvə raketlərindən istifadə, 1996-cı ilin sentyabrın 24-də, BMT Baş Assambleyasının 50-ci sessiyasında qəbul olunan Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsinin (HNSQM) müddəalarına ziddir.
Dövlət Departamentinin sənədində rəsmi Pekinin Sazişlə həmin müddəalara əməl etmədiyi vurğulanır. Belə ki, çinlilər etnik uyğurlaırn yaşadığı Sintzyan-Uyğun muxtar bölgəsindəki Lobnor poliqonunda sınaqla bağlı bütün struktur işlərini başa çatdırıblar. Hesabatda Çinin Kommunist rejiminin artıq neçə ildir öz ərazisində radiasiya fonunu və seysmik aktivliyi ölçməyə imkan verən xüsusi stansiyalar haqqında, o cümlədən burada əldə olunan məlumatları beynəlxalq təşkilatlara ötürməkdən boyun qaçırdığı vurğulanır.
Qəzet bunula bağlı olaraq “Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi” üzrə Hazırlıq komissiyasına sorğu göndərərk onlardan rəy almaq istəyib.Həmin qurum sazişin qüvvəyə minməsi və bundan sonra öhdəliklərə əməll olunmasına nəzarət mexanizmlərinin təsis olunması üzərində çalışır. Təşkilat amerikalı diplomatlaırn əksinə, Çinin 2019-cu lin sentyabrından operativ məntəqələrdən gələn məlumatları onlardan gizlətmədiyini bildirib. Lakin bununla bərabər 2018-ci ilin avqustundan 2019-cu ilin avqustuna qədər, yəni 1 il ərzində sertifikatlaşdırılmış stansiyaların heç bir informasiya ötürmədiyi etiraf olunub.
Qeyd olunur ki, yuxarıda adı çəkilən sənəd dövlətlərə atmosferdə, kosmosda, su və torpaq altında nüvə mərmilərini sınaqdan keçirməyi yasaqlayır. Saziş 166 dövlət tərəfindən imzalansa da hələ qüvvəyə minməyib. Belə ki, beynəlxalq müqavilə ABŞ, Çin, Misir, İsrail, İran, Hindistan, Pakistan və Şimali Koreya kimi nüvə və ya bu silahı əldə etməyə potensialı olan dövlətlər tərəfindən ratifikasiya olunmayıb.
Buna görə bəzi ekspertlər ABŞ-ın özünün iştirakçısı olmadığı sazişlə bağlı Çindən hesabat tələb etməsini maraqla qarşılayırlar.![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş











