Emmanuel Makron: “Avropa Birliyi üçün həqiqət anı gəlib çatıb”

Fransa prezidenti Emmanuel Makron koronavirus böhranı şəraitində həmrəylik mövzusunda Avropa Birliyi üçün “həqiqət anı”nın gəlib çatdığını söyləyib.
Rubrika.Az xarici agentliklərə istinadən xəbər verir ki, o bu barədə Böyük Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bəyan edib.
“Bizim üçün artıq bir həqiqət anı, yəni Avropa Birliyinin siyasi, yoxsa yalnız iqtisadi və ya bazar layihəsi olduğu məsələsi qarşımıza çıxıb”,-deyə Fransa lideri bildirib.
Onun sözlərinə görə, üzv dövlətlərin koronavirusdan dolayı üzləşdikləri iqtisadi zərərlərlə bağlı onların tələblərini qarşılayacaq “ümumi təminatlı birgə istiqraz fondu”nu yaratmaqdan başqa bir çarə qalmayıb.
“Bu gün masanın üstünə həmrəyliyin anlayışı məsələsi qoyulub. İqtisadiyyatmızın qurtuluşu da bundan asılıdır”,-deyə o, qeyd edib.
Prezident Makron Avropa Birliyində həmrəyliyin olmamasının qitənin cənub ölkələrində populizm ideyalarını körükləyəcəyini bildirib.
“Əgər biz bu gün etməli olduğmuz işləri başa çatdırmasaq, o zaman sabah, və ya o biri gün İtaliya, İspaniya, hətta Fransada belə populistlər və millətçlər qalib gələcək”,-deyə Emmanel Makron vurğulayıb.
Rubrika.Az
Facebook-da paylaş













