Sumqayıtda məişət tullantılarının atıldığı yerdə yanğın olub - VİDEO
Sumqayıt şəhərində məişət tullantılarının atıldığı ərazidə güclü yanğın baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 50-ci məhəlləsində qeydə alınıb.
Hadisə yerinə FHN-nin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş







