Sumqayıtda aptek külə döndü
![]()
Sumqayıt şəhərində yanğın olub.
Rubrika.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan tikilinin (aptek kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 40 m² sahədə və lambirdən ibarət tavanı 90 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş













