Rusiyalı futbolçu məşq zamanı öldü
![]()
Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi İnnokenti Samoxvalov dünyasını dəyişib.
Rubrika.Az xəbər verir ki, fərdi məşq zamanı halı pisləşən 23 yaşlı futbolçu qəflətən ölüb. Faciənin dəqiq səbəbi araşdırılır.
Ailəli olan gəncin özündən sonra azyaşlı övladı qalıb.
Qeyd edək ki, İnnokenti Samoxvalov "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi.//Report
Rubrika.Az
Facebook-da paylaş














