Azərbaycanda internet təchizatında problem yarandı
![]()
Hazırda ölkədə internetə girişdə çətinlik yaranıb.
Rubrika.Az-ın məlumatına görə, problem bu gün səhər saatlarından ortaya çıxıb.
Belə ki, ölkənin bəzi bölgələrində internet təchizatında çətinliklər müşahidə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Rubrika.Az-a bildirilib ki, nazirliyə bununla bağlı heç bir şikayət daxil olmayıb.
KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib ki, internet trafikinin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.
Ə.Əliyev bildirib ki, hazırda bərpa işləri aparılır və 15-20 dəqiqə ərzində abunəçilərə internet normal qaydada veriləcək.
Rubrika.Az
Facebook-da paylaş













