Şimali Koreyadan qaçan koronavirus xəstəsi güllələndi
![]()
Çinli hərbçilər ÇinləŞimali Koreya arasındakı sərhəddən axan Tümən çayını keçməyə çalışan koreyalını vuraraq yaralayıblar.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Çin mətbuatı yayıb.
Məlumata görə, Çindəki xəstəxanalardan birinə yerləşdirilən koreyalının koronavirusla bağlı qan testinin nəticəsi müsbət olub.
Baş verənlərlə bağlı Çin və Şimali Koreyanın rəsmi dairələri heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Şimali Koreya hakimiyyəti indiyə qədər ölkədə koronavirusa yoluxanlarla bağlı rəsmi açıqlama yaymayıb.
Rubrika.Az
Facebook-da paylaş
















