"Azərişıq" istehlakçılara evdə qalmağı tövsiyə edib - VİDEO
![]()
“Azərişıq” ASC koronavirus (COVID 19) pandemiyasının qarşısının alınması məqsədi ilə istehlakçılara #evdəqal çağırışı edib.
ASC-dən Rubrika.Az-a verilən məlumata görə, bu məqsədlə Səhmdar Cəmiyyət abunəçiləri maarifləndirəcək video-çarx da hazırlayıb.
Video-çarxda abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” əməkdaşlarının bu çətin gündə iş başında olduqları göstərilir və bunu nəzərə alaraq istehlakçıların da #evdəqal çağırışına əməl etmələri tövsiyə olunur.
Sosial çarxda insanlara “Yenidən qovuşacağımız günlər yaxında, hələlik isə evdə qalın! İşıqlı günlər üçün həmrəy olaq. Çünki biz birlikdə güclüyük” çağırışı edilib.
Rubrika.Az
Facebook-da paylaş









