Afrində partlayışı kürd yaraqlıları törədib - RƏSMİ + FOTO
![]()
Suriyanın Afrin şəhərində yanacaq çəninin partladılması terror hadisəsidir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən açıqlamada qeyd olunub.
“Əli qanlı terror təşkilatı PKK/YPG-nin Afrində dinc əhaliyə qarşı həyata keçirdiyi bombalı avtomobil hücumu nəticəsində 11-i azyaşlı olmaqla, 40-a yaxın şəxs həlak olub, yaralıların sayı isə 47 nəfərə çatıb”.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatından sonra Afrin bütünlüklə Türkiyə hərbçilərinin nəzarətinə keçib.![]()
Rubrika.Az
Facebook-da paylaş














