Polis karantin qaydalarını pozanları “jim” etdirir
![]()
Koronavirus qaydalarına tətbiq olunan qeyri-adi cəzalara daha biri əlavə olunub.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, adətən, ölkələr qaydaları pozanlara qarşı pul cəzası tətbiq etsələr də, bəzilərində cəzalar olduqca diqqət çəkir. Məsələn, Balidə təhlükəsizlik qüvvələri maska olmadan küçəyə çıxan insanlara “jim” etdirib. Bildirək ki, əvvəlcə bu qaydanı pozanlar 5 kilo düyü pulu ödəməli idilər.
Qeyd edək ki, iqtisadiyyatının 80 faizi turizmə bağlı olan Balidə bugünədək 215 nəfər virusa yoluxub və 4 nəfər həyatını itirib.
Rubrika.Az
Facebook-da paylaş














