Rusiya ordusunda 2 775 nəfər koronavirusa yoluxdu
![]()
Mart ayından 30 aprelə qədər Rusiya Federasiyasının Silahlı Qüvvələrində və hərbi təhsil müəssisələrində 2 770-dən çox şəxsdə koronavirus aşkar edilib.
Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alıb.
Qeyd olunub ki, koronavirusa yoluxanların 1 068-i hərbçidir. Orduda işləyən 285 mülki şəxsdə də COVID-19 testi müsbət nəticələnib.
Ümumilikdə 29 aprel tarixinə qədər Rusiya Federasiyasının ordu və hərbi təhsil müəssisələrində 2 775 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Rubrika.Az
Facebook-da paylaş










