İcra başçısının ali təhsilli olmadığını öyrənmək üçün 15 il lazım imiş...

Həbs olunan icra başçısının ali təhsilinin olmamasını aşkarlamaq üçün onun ən azı 15 il başçı işləməsi lazımmış...
Rubrika.Az PİA.az-a istinadən xəbər verir ki, bunu iqtsadçı ekspert Rövşən Ağayev deyib.
"Sadə vətəndaşa 190 manat yardım təyin etmək üçün 22 data bazadan onun maddi imkanlarını, məşğulluq statusunu 1 saata yoxlamaq olur, amma vəzifəli şəxslərin illərlə yığdıqları sərvəti aşkarlamaq üçün 15-20 il axtarış aparmağa gərək olur.
Bir dəfə bu barədə yazmışam, Türkiyədə kaymakam vəzifəsi (təxminən bizdəki rayon icra rəhbəri) tutmaq üçün hansı ixtisas tələblərinə ehtiyac var. Dövlət idarətmə ixtisası 100% olmalıdır, ən azı idarəetmə sahəsində kurs və təlimlər keçməli, "stajyor" olmalı və s.
Çox sərt tələblər və uzun tərcümeyi-halı tələb olunur. Amma tərcümeyi-halındakı restoran müdiri vəzifəsilə kaymakamlığıa iddia edə bilməzsən.
Ömrü boyu restoran-kafe müdiri olan adamlar qəfil bir rayonun hökmdarına çevriləndə adamlara da müştəri gözü ilə baxacaqları dəqiqdir".
Rubrika.az
Facebook-da paylaş











