Son 24 saatda İranda 63 nəfər koronavirusdan ölüb
![]()
İranda pandemiyadan ölənlərin sayında azalma müşahidə edilib.
Rubrika.Az xəbər verir ki, ölkədə son sutka ərzində 63 nəfər həyatını itirib.
İran Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə,ümumilikdə İranda 6 min 91 nəfər koronavirus səbəbilə ölüb. Bildirək ki, qonşu ölkədə bugünədək 95 min 646 nəfər infeksiya daşıyıcısı kimi qeydə alınıb və hazırda 2 min xəstənin vəziyyəti olduqca ağırdır.
Rubrika.Az
Facebook-da paylaş











