Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin 90 faizi sağalıb
![]()
"Gəncədə də tibb işçiləri arasında koronavirusa yoluxma halı olub".
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB rəhbəri deyib ki, həmin şəxslər əsasən dezinfeksiya edən işçilər olub .
R.Bayramlı əlavə edib ki, ölkə üzrə koronavirusa yoluxan tibb işçilərinin 90 faiz sağalıb və hazırda müalicəsi davam edənlər arasında ağır vəziyyətdə olan yoxdur.
Rubrika.Az
Facebook-da paylaş











