Ermənistanda koronavirusdan ölənlərin sayı artır
![]()
Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 121 nəfər artaraq 2 507-yə çatıb.
RUBRIKA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Daha 4 nəfərin xəstəlik səbəbindən həyatını itirməsi ilə ölkə üzrə virusdan ölənlərin sayı 39-a çatıb. Bu günə qədər 1071 pasiyent sağalıb, 1393 xəstənin müalicəsi davam etdirilir. Ümumilikdə 24 942 nəfər isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.
Rubrika.Az
Facebook-da paylaş














