Banqladeşdə karantin rejiminin müddəti uzadıldı
![]()
Banqladeşdə koronavirusa görə tətbiq edilən sosial təcrid rejimi mayın 16-dək uzadılıb.
Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Banqladeş hakimiyyəti qərar qəbul edib.
Bildirilib ki, Banqladeş üzrə koronavirusa 10 143 yoluxma hadisəsi qeyd alınıb. Son sutkada 5 nəfər virusdan ölüb. Bununla da infeksiya qurbanlarının sayı 182-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 588 000-i ötüb. Bunların 1 162 712 nəfəri sağalıb, 248 819 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Rubrika.Az
Facebook-da paylaş












