Türk Şurasına üzv dövlətlərin İqtisadiyyat nazirlərinin videokonfransı keçiriləcək
![]()
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin İqtisadiyyat nazirləri və Gömrük Xidməti rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək.
Rubrika.Az-ın xəbərinə görə, bu barədə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov "Twitter"də bildirib.
O qeyd edib ki, iclas mayın 6-da baş tutacaq.
Xatırladaq ki, artıq təşkilata üzv dövlətlərin liderlərinin, Səhiyyə və Nəqliyyat nazirlərinin videokonfrans vasitəsilə iclası keçirilib.
Rubrika.Az
Facebook-da paylaş














