Ermənistanda nazir istefa verdi
![]()
Ermənistanın ətraf mühit naziri Erik Qriqoryan istefa verib.
Rubrika.Az Mətbuat.Az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, nazirin vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi qərar hələ hökumətinin saytında dərc edilməyib. Onun sözçüsü David Qriqoryan isə məlumatı şərh etməyəcəyini bildirib.
E. Qriqoryan 2017-2018-ci illərdə Ermənistan baş nazirinin köməkçisi olub. 1 iyun 2019-cu ildə ətraf mühit naziri təyin edilib.
Qeyd edək ki, bu gün erməni KİV-ləri hökumətdə gərginliyin artdığını və mümkün istefalar barədə məlumat yaymışdı.
Rubrika.Az
Facebook-da paylaş












