Bakıda avtobus yük maşınına çırpıldı

Bakıda sərnişin avtobusu qəza törədib.
Rubrika.Az xəbər verir ki, hadisə “Xətai” metrostansiyasının qarşısında baş verib
Belə ki, 4 saylı xəttlə hərəkət edən 99-JK-356 dövlət nömrə nişanlı avtobus dayanacaqdan çıxarkən “Ford Tranzit” markalı 90-MT-179 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsart alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.//musavat.com
Rubrika.Az
Facebook-da paylaş














