Koronavirus üzrə araşdırmaçı olan gənc alim öldürüldü, qatili isə intihar etdi

ABŞ-da “Pittsburgh” universitetinin gənc professoru, koronavirus araşdırmaçısı Bing Lu evində vurularaq, öldürülüb.
Polisin məlumatına görə 37 yaşlı alim baş, boyun, gövdə nahiyələrindən silahla vurulub.
Gənc alimin evnin yaxınlığında olan maşında isə bir kişi cəsədi tapılıb.
İddialara görə, həmin şəxs Lunu öldürən qatildir. O, alimi öldürdükdən sonra intihar edib.
“Pittsburgh” universitetinin məlumatına görə Bing Lu son olaraq SARS-CoV-2 infeksiyasının əsas hüceyrə mexanizmlərini və əsas ağırlaşmalarını araşdırırdı.
Rubrika.Az
Facebook-da paylaş
















