Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
![]()
“Dövlət bağçalarının yay ayları ərzində açılması nəzərdə tutulmur”.
Rubrika.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Operativ Qərargahda aparılan müzakirələr zamanı bu yerlərdə təlim-tədris prosesinin bu tədris ilində başlaması nəzərdə tutulmur: “Növbəti tədris ilində bu müəssisələrin açılması planlaşdırılır”.
Rubrika.az
Facebook-da paylaş










