Ermənistanda koronavirusa yoluxanların sayı 3390-nı keçdi
![]()
Ermənistanda sutka ərzində 79 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxanların ümumi sayı 3392 nəfərə çatıb.
Rubrika.Az bildirir ki, ölənlərin sayı 1 nəfər artaraq 46 olub. Koronavirus aşkar edilmiş 17 nəfərin isə digər səbəblərdən öldüyü bildirilir.
Xəstəlikdən sağalanların sayı 1359 nəfərdir. 1970 nəfərin müalicəsi davam edir.
Rubrika.Az
Facebook-da paylaş










