Özünü “Azərbaycan Respublikası” qəzetinin işçisi kimi təqdim edən şəxsin əməlləri

Özünü “Azərbaycan Respublikası” ictimai-siyasi hüquq qəzetinin əməkdaşı kimi təqdim edən şəxs həbs edilib. O, 4 nəfərə qarşı dələduzluq etməkdə ittiham edilib.
Rubrika.Az xəbər verir ki, Sabirabad rayon sakini olan Səxavət Zayıdov Sabirabad Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə S.Zayıdov Sabirabad şəhər sakini Fidan Fərəcovadan 2300 manat pul alıb. Bunun qarşılığında onu tanışlarının vasitəsi ilə II qrup əlilliyə görə təqaüdə çıxaracağını deyib. Bundan başqa, S.Zayıdov özünü “Azərbaycan Respublikası” ictimai-siyasi hüquq qəzetinin əməkdaşı kimi təqdim edərək Qədir Bədirovdan əlillik dərəcəsi düzəltmək adı ilə 2000 manat, Vətən Bağırovdan oğluna əlillik dərəcəsi düzəltmək adı ilə 600 manat, Sadiq Nadirovdan isə ona əlillik dərəcəsi düzəltmək üçün 700 manat pul alıb.
Cəzadan narazı qalan S.Zayıdov apellyasiya şikayəti verib. O, əməlindən peşmançılıq çəkdiyini, üç övlad atası olduğunu məhkəmənin diqqətinə çatdırıb. Zayıdov 2-ci qrup əlil, insult xəstəsi və diabetdən əziyyət çəkdiyini deyərək cəzasının yüngülləşdirilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsi onun şiakyətini təmin etməyib.
Məhkəmə belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi S.Zayıdov barəsində ədalətli hökm çıxarıb.//musavat.com
Rubrika.Az
Facebook-da paylaş















