Göygöldə gənc naməlum şəraitdə bıçaqlanıb
![]()
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun Aşıq Ələsgər kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Bayramov Eşqin Qaçay oğlu sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş










