Azərbaycan - Ermənistan qarşılaşmasının vaxtı açıqlandı
![]()
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.
Rubrika.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Bildirilib ki, yarış 28 iyun - 3 iyul 2021-ci tarixlərində keçiriləcək.
Qeyd edək ki, yarışda iştirak edəcək Azərbaycan millisi B qrupunda Ermənistan, İrlandiya və Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
Rubrika.Az
Facebook-da paylaş









