Fernando Muslera “Qalatasaray”la yeni müqavilə imzalamağa razılaşıb
![]()
“Qalatasaray”ın qapıçısı Fernando Muslera Türkiyə klubu ilə yeni müqavilə imzalayacaq.
Rubrika.Az-ın Apasport.az saytına istnadən məlumatına görə, Uruqvay millisinin qolkiperi ən azı daha 4 il “cim-bom”un çərçivəsini qoruyacaq.
Çünki 33 yaşlı dəri əlcək sahibi gələn ilin yayına qədər olan müqavilə müddətini 3 il uzatmaqla bağlı təklifi müsbət cavablandırıb. Muslera hətta 3 milyon 575 min avro olan illik məvacibinin azaldılmasına da razılıq verib. O, gələn mövsüm 2,5 milyon, sonrakı illərdə isə 2 milyon avro əldə edəcək.
Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”da çıxış edən Fernando Muslera “sarı-qırmızılılar”ın heyətində 5 dəfə Super Liqanın, 4 dəfə ölkə kubokunun, 5 dəfə isə Superkubokunun qalibi olub.
Rubrika.Az
Facebook-da paylaş











