Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
![]()
Gürcüstanda koronavirusa 3 yeni yoluxma halı təsdiqlənib.
Rubrika.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 642-yə çatıb. Onların 349-u sağalıb, 11-i isə ölüb.
Karantində 4 600, stasionar nəzarətdə isə 413 nəfər saxlanılır.//Report
Rubriika.Az
Facebook-da paylaş













