Moldovada koronavirusdan ölənlərin sayı 184 nəfərə çatıb

Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 184 nəfərə çatıb.
Rubrika.Az xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 5154-dür. 249 nəfərin vəziyyəti ağır, 494 nəfərin isə orta ağır qiymətləndirilir. 2176 nəfər isə tam sağalaraq evə buraxılıb.
Ümumilikdə Moldovada koronavirusla bağlı 25 mindən artıq test həyata keçirilib.
Rubrika.Az
Facebook-da paylaş







