Gürcüstanda koronavirusa yoluxanların sayı 671-ə çatdı

Gürcüstanda daha 4 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 671-ə çatıb. Onların 383-ü artıq sağalıb, 12-si isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 3 873, stasionar nəzarətdə isə 404 nəfər saxlanılır.
Rubrika.Az
Facebook-da paylaş











