“Əlbəttə nazir də məsuliyyətə cəlb olunmalıdır...” – Sabiq deputat
![]()
"Siyası mədəniyyəti olan şəxslər dərhal istefa verməlidir”.
Rubrika.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Fərəc Quliyev Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi qurumda baş verən biabırçılığa aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, aparılan araşdırılmalar nəticəsində baş verənlər nazirə kimi çıxarsa, o zaman Əbülfəs Qarayev də məsuliyyətə cəlb olunmalıdır:
"Belə hal varsa, yaradılıbsa, işi bacarmayıbsa, ən yumşaq halda nəzarət edə bilməyibsə, istefaya getməlidir. Amma mən hesab eləmirəm ki, bu məsələlər nazir səviyyəsində bilinməsin və belə hadisələr baş versin. Araşdırmalar nəticəsində faktlar nazirə kimi çıxacaqsa, əlbəttə nazir də məsuliyyətə cəlb olunmalıdır. Necə ola bilər ki, bir qurumun əməkdaşları yüz minlərlə "şapka” götürürlər, böyük yeyintilər var, amma bunu rəhbərlik bilmir? Hesab edirəm ki, bu özünü aldatmaqdan başqa bir şey deyil. Bu, təkçə istefa ilə yekunlaşa bilməz. Adamlar məsuliyyətə cəlb olunmalıdır”.
Fərəc Quliev qeyd edib ki, xalqdan oğurlanan pullar xalqa qaytarılmalıdır:
"Büdcəyə bir bənd əlavə edib korrupsiyadan mənimsənilmiş, xalqdan talanmış vəsaitləri ora daxil etmək lazımıdr. Bu vəsait xalqın özünə qaytarılmalıdır. Böyük rəqəmlərdən söhbət gedir. Yoxsa mən istefa verirəm deyib, yaxasını kənara çəkə bilməz. Belə məsələlərdə həm də böyük ictimai qınaq olmalıdır”.
Rubrika.Az
Facebook-da paylaş










