Çin Covid-19-dan ziyan görən ölkələrə 2 milyard dollar vəd etdi
![]()
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin ölkəsinin koronavirus pandemiyasından təsirlənən dövlətlərə "kompensasiya" verməyə hazır olduğunu deyib.
Rubrika.Az xəbər verir ki, Çin liderinin sözlərinə görə, yardım əsasən inkişaf etməkdə olan ölkələrə ediləcək. İki il müddətində Çin bu ölkələrə 2 milyard ABŞ dolları göndərəcək.
Si Szinpin Pekinin Vuhandakı yeni növ xəstəliyin başlaması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verməyi gecikdirmədiyini də vurğulayıb.
Bu haqda bütün açıqlamalar Ümumdünya Səhiyyə Təşkilatının Avstraliya və daha 126 ölkənin pandemiyanın səbəblərini müstəqil araşdırmaq istəyini nəzərdən keçirəcəyi iclasında səsləndirilib.
Rubrika.Az
Facebook-da paylaş











