TƏBİB-dən koronavirusla bağlı açıqlama: 56 nəfərin vəziyyəti ağırdır
![]()
Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Rubrika.Az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 3833 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 235 910 test aparılıb.
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 3387 koronavirusa yoluxub. 40 nəfər ölüb, 2055-i isə sağalıb. Hazırda 1292 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağırdır, 17 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.![]()
Rubrika.Az
Facebook-da paylaş









