Türkiyədə 150 mindən çox insan koronavirusa yoluxub

Türkiyədə bu gün daha 31 nəfər koronavirusdan ölüb.
Rubrika.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 4171 nəfər ölüb. Yoluxma sayı 150 593-dür. Bu gün daha 1615 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 111 577 nəfərə çatıb.
Rubrika.Az
Facebook-da paylaş














