Buraxılış imtahanının birinci mərhələsindən narazı qalanlar üçün sentyabrda imtahan keçiriləcək – EKSKLÜZİV
![]()
9-cu siniflər üçün buraxılış imtahanının birinci mərhələsində iştirak edib qiymətindən narazı qalanlar üçün sentyabr ayında imtahan keçiriləcək.
Bu barədə Rubrika.Az-a Dövlət İmtahan Mərkəzindən açıqlama verilib.
Qeyd edilib ki, yeni şkalaya uyğun şagirdlərin qiymətləri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək. Qiymətindən narazı qalan şagirdlər üçün sentyabrda imtahanının keçirilməsi nəzərdə tutulub.
Rubrika.Az
Facebook-da paylaş












