“Ronaldonun vaxtında soyunma otağından spirt qoxusu gəlirdi” – Fabio Kapello
![]()
Dünyaca məşhur məşqçi Fabio Kapello karyerası boyu bir çox dünya ulduzu ilə işləmək imkanına sahib olsa da, heç birinin “Real Madrid” dövründə Ronaldo Nazario kimi problemli olmadığını etiraf edib.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, italiyalı məşqçi 2007-ci ildə futbolçunun “Milan”a göndərilməzdən əvvəl birlikdə keçirdiyi altı ayla bağlı səmimi açıqlamalar verib: “Bu günə kimi məşq etdiyim ən böyük istedadlardan biri Ronaldo idi. Amma o, həmçinin soyunma otağında ən çox problem yaradan oyunçu idi”.
Ronaldonun gecə həyatından şikayətlənən Kapello, "O, tez-tez partilər təşkil edib, ağlına gələn hər şeyi edərdi. Bir dəfə oyunçular Rud və Nistelroy mənə yaxınlaşıb soyunma otağından spirt qoxusu gəlir deyəndə bunun Ronaldonun işi olduğunu artıq bilirdim. Bundan sonra Ronaldonu “Milan”a göndərdik və komanda güclənməyə başladı. Amma Ronaldonun istedadından danışsaydıq, şübhəsiz ki, ən yaxşısı idi” – deyə bildirib.
Qeyd edək ki, Kapello, o günlərdən sonra Ronaldo ilə aralarında heç bir problem olmadığını dilə gətirib. Hətta o, futbolçu ilə hərdən görüşdüklərini də açıqlayıb.
Rubrika.Az
Facebook-da paylaş















