Türkiyədə koronavirusdan daha 27 nəfər ölüb
![]()
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.
Rubrika.Az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 33633 şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub.
Bu gün 1092 xəstə evə buraxılıb.![]()
Rubrika.Az
Facebook-da paylaş











