İŞİD-in İraqdakı lideri öldürülüb
![]()
İŞİD terror təşkilatının İraqdakı lideri Muataz əl-Cjaburi öldürülüb.
Rubrika.Az-ın İraqın INA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Antiterror Xidməti məlumat yayıb.
Bildirilib ki, Muataz əl-Cjaburi antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Muataz əl-Cjaburi İŞİD rəhbərinin köməkçisi olub.
Rubrika.Az
Facebook-da paylaş

















