Sabiq Baş Qərargah rəisi vəfat etdi
![]()
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.
Rubrika.Az xəbər verir ki, İsmayıl Hakkı Karadayı 88 yaşında həyata gözlərini yumub.
Xatırladaq ki, general bir neçə gün öncə yüksək hərarət və infeksiya səbəbilə xəstəxanaya yerləşdirilib.
İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.//Yenisabah.az
Rubrika.Az
Facebook-da paylaş












