“Elədiyi dələduzluqları, danışdığı yalanları sadalasan...“ - Sabiq deputatdan Məlahət Abbasovaya sərt sözlər
![]()
“Xanım olmasaydı, daha ağır ifadələr yazardım. Amma dünyada bəlkə də bu arvad qədər ikinci fırıldaqçı birisi yoxdur”.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı Etibar Hüseynov Məlahət Abbasovanın AzTV ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Azərbaycanda yalnız bir tualet kağızının reklamına çəkilib, o boyda Türkiyə televiziya məkanında isə iki seriala-hər ikisində də epizodik, qulluqçu-dayə rolunda. Vəssəlam. Di gəl ki, elədiyi dələduzluqları, danışdığı yalanları sadalasan iri bir "serial"a sığışmaz...”.
Rubrika.Az
Facebook-da paylaş













