Mingəçevir sakini dostunun evində ölü tapıldı
![]()
Mingəçevir sakini mənzildə ölü vəziyyətdə tapılıb.
Rubrika.Az-in APA-ya istinadla məlumatına görə, hadisə Heydər Əliyev küçəsi, ev 41 ünvanında qeydə alınıb.
Süleyman adlı şəxsin meyiti dostunun mənzilində aşkar olunub. Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil. Meyit məhkəmə tibbi ekspertizasına təhvil verilib.
İlkin məlumata görə, ölən şəxs Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













