Bakıda kişi gözəllik salonunda işləyən arvadını bıçaqla öldürüb
![]()
Bakı şəhərinin Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Rubrika.Az-ın xəbərinə görə hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Nuranə Qasımova işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də? qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












