Azərbaycan XİN İtaliyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Respublika Günü münasibətilə təbrik edib.
Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.
“İtaliyanı Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan və İtaliyanı dostluq və tərəfdaşlıq əlaqələri bağlayır. Bu əlamətdar gündə dost İtaliya xalqına möhkəm cansağlığı, uğurlar, davamlı sülh və firavanlıq diləyirik”.
Rubrika.Az
Facebook-da paylaş













