ABŞ-da güclü zəlzələ olub

ABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub.
Rubrika.Az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.
Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlar Hollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Rubrika.az
Facebook-da paylaş












