Ermənistanda bir gündə 697 nəfərdə koronavirus aşkarlandı
![]()
Ermənistanda son sutkada 697 nəfərə koronavirus diaqnozu qoyulub.
Rubrika.Az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayım zamanı açıqlayıb.
Baş nazirin sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 9 nəfər ölüb. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib, virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb.
Rubrika.Az
Facebook-da paylaş












