İranda bir gündə 2364 nәfәr koronavirusa yoluxub, 72 nәfәr ölüb
![]()
İranda son sutkada 2364 nәfәr koronavirusa yoluxub.
Rubrika.Az-ın xəbərinə görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, İranda bu virusa yoluxanların sayı 171 789 nәfәrә yüksәlib. Onlardan 2 596 nәfәrin vәziyyәti ağırdır, 72 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 291 nәfәrә çatıb.
Rubrika.Az
Facebook-da paylaş













