Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfərə çatır

Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.
Rubrika.Az bildirir ki, b barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 692 nəfərə çatıb.
Son sutkada ölkədə COVID-19-a 914 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin ümumi sayı 170 132 nəfər təşkil edir.
Gün ərzində 2 647 nəfər təhlükəli virusdan sağalıb. Bununla da xəstəlikdən sağalanların ümumi sayı 137 969 nəfərə yüksəlib.
Rubrika.Az
Facebook-da paylaş









