İranda daha 70 nəfər koronavirusdan öldü
![]()
İranda son sutka ərzində daha 2043 nəfər koronavirusa yoluxub, 70 nəfər isə həyatını itirib.
Rubrika.Az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.
Bununla da ölkədə aşkar edilmiş ümumi yoluxma sayı 173 832-yə, pandemiya qurbanlarının sayı isə 8351-ə çatıb.
İndiyədək 136 360 xəstə sağalıb, hazırda 2619 nəfərin vəziyyəti ağırdır.
Rubrika.Az
Facebook-da paylaş













