Türkiyədə növbəti “FETO əməliyyatı” – 141 nəfər saxlanıldı
![]()
Hazırda ABŞ-da yaşayan məşhir din adamı Fətullah Gülənin Türkiyədəki tərəfdarlarına qarşı əməliyyatlar davam edir.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, dünən axşam saatlarında İzmir də daxil olmaqla 22 şəhərdə keçirilən əməliyyatlar nəticəsində 141 nəfər saxlanılıb.
Saxlanılanların hamısının Türkiyə Hava Qoşunlarının əməkdaşları olduğu bildirilir.
Həmin şəxslər 2004-2016-cı illərdə Türkiyə Hava Qoşunlarına keçirilən qəbul imtahanlarında terror təşkilatına yaxın olan şəxslərə köməklik göstərməkdə günahlandırılırlar.
Rubrika.Az
Facebook-da paylaş














