Ermənistanda bir gündə 350 yoluxma, 6 ölüm
![]()
Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb, 6 nəfər isə ölüb.
Rubrika.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 13 675-ə yüksəlib, pandemiyadan ölənlərin sayı isə 217-yə çatıb.
İndiyədək 4 451 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var.
Rubrika.Az
Facebook-da paylaş







