ÜST-dən koronavirusun peyvəndi ilə bağlı vacib açıqlama
![]()
"Əgər hər şey plana uyğun gedərsə, payız və ya qışda peyvəndin ilk dozaları hazır olacaq".
Rubrika.az baku.ws-ə istinadən xəbər verir ki, bu açıqlamanı İtaliyanın Səhiyyə nazirinin müşaviri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsi Valter Riççardi bildirib.
Onun sözlərinə görə, COVID-19 virusuna qarşı peyvənd üzərində Oksford Universiteti və İtaliyanın "İrbm” şirkəti birgə işləyir.
Qeyd edək ki, dünyada koronavirusa 7 milyon 349 min 528 nəfər yoluxub ki, onların da 414 min 262 nəfəri həyatını itirib, 3 milyon 627 min 234 nəfər isə sağalıb.
Rubrika.az
Facebook-da paylaş













